About the book of Samuel Weems
Samuel Weems’ book “Armenia: The Secrets of the” Christian “Terrorist State” is interesting for two reasons. The first is the author’s intention.
Samuel Weems was a believing Christian, a parishioner of the Baptist church, and an American taxpayer (in this order he determines himself). The goal with which he takes on this topic is purely patriotic. Weems wrote the book in 2002, shortly after the events of September 11, and in the preface, he writes directly that he is concerned about the hostility of the Muslim world towards the United States and the West as a whole. He rightly sees the reason for this hostility in the suffering suffered by Muslim peoples as a result of Western aggression in the past, and in line with other acts of aggression, he puts Armenia’s policy towards its Muslim neighbors. Thus, turning to the topic of Armenian terrorism, Weems seeks to open the Americans’ eyes to how Armenia, by its actions, sets the Muslim peoples living next to it against the West and Christianity. Weems is pragmatic, and in the preface points to the strategic importance for the United States of an alliance with Turkey and Azerbaijan in the fight against terrorism, and accuses the Armenian diasporas of the United States of harming the country’s interests by disrupting this alliance.
The second is the historical flair of the author. Weems builds his text on the basis of a large number of eyewitness accounts. He mainly uses written sources left by neutral, third-party observers – English, American, and Russian military and diplomats. He avoids interpreting these messages by third parties, preferring to let them speak for themselves.
Weems analyses the emergence of the “Armenian question” from the point of view of the interests of the great powers in the Ottoman Empire. It shows how Britain and Russia, in an effort to dismember the Ottoman Empire, encouraged nationalist sentiment among national and religious minorities, in particular among Armenians. He also covers the activities of missionaries who spread Catholicism and Protestantism among Armenians. He also shows on the basis of eyewitness accounts how the figures of those killed in the events of 1915, voiced by Armenian sources, do not converge with real figures not only of the pre-war Armenian population of the Ottoman Empire but also with the number of internally displaced persons who left these territories during the First World War.
It should be noted that Weems dislike the Armenian church, the real dislike of a convinced Protestant to an organized religious organization. He opens the first chapter with the words: “Armenia is an example of the evil that arises when the church and the state act together.” He criticized the Armenian Church for its nationalist position, for using the state suppression machine in its interests, and asked whether such an organization could be considered Christian at all.
Weems’ book is interesting both for a large set of facts and for the author’s original approach to the topic being studied.
Samuel Vimsin kitabı haqqında
Samuel Vimsin “Ermənistan: “Xristian” terroristik hökumətinin sirləri” kitabı iki səbəbdən çox maraqlıdır.
Birinci səbəb müəllifin niyyətidir. Samuel Vims – dindar xristian, baptist kilsəsinin üzvü, amerikalı vergi ödəyicisidir (o, məhz bu ardıcıllıqla özünü təqdim edir). Bu mövzu ilə maraqlanmağının məqsədi sırf vətənpərvərlikdir. Vims kitabı 2002-ci ildə 11 sentyabr hadisələrindən sonra qələmə alır və ön sözdə müsəlman dünyasının ABŞ-a və ümumilikdə Qərbə qarşı olan düşmənçiliyindən narahat olduğunu açıqcasına qeyd edir. Bu düşmənçiliyin səbəbini o, müsəlman xalqlarının keçmişdə Qərbin aqressivliyi nəticəsində çəkdiyi əzablarda görür və digər aqressiya aktları ilə yanaşı Ermənistanın öz müsəlman qonşularına qarşı olan siyasətini qeyd edir. Beləliklə, erməni terrorizmi mövzusuna müraciət edərək Vims Ermənistanın öz hərəkətləri ilə ətrafında yaşayan müsəlman xalqlarını Qərbə və xristianlığa qarşı yönəltdiyini vurğulamaqla amerikalıların gözlərini açmağa çalışır.
Vims praqmatikdir. Ön sözdə o, ABŞ-ın terrorla mübarizədə Türkiyə və Azərbaycanla müttəfiq olmasının strateji əhəmiyyətinə işarə edir və ABŞ-ın erməni diasporasını bu ittifaqı pozmaqla ölkənin maraqlarına zərər vurmaqda günahlandırır.
İkinci səbəb müəllifin tarixi hissiyyatıdır. Vims öz mətnini şahidlərin çoxsaylı ifadələri üzərində qurur. Əsasən o, neytral kənar müşahidəçilər – ingilis, amerikalı, rus hərbçiləri və diplomatları tərəfindən hazırlanan yazılı mənbələrdən istifadə edir. Üçüncü şəxslər tərəfindən bu məlumatların şərh edilməsindən çəkinərək, müəllif onların öz adlarından danışmasına üstünlük verir.
Vims “erməni məsələsi”nin yaranmasını Osmanlı İmperiyasında böyük dövlətlərin maraqları baxımından təhlil edir. Osmanlı imperiyasını parçalamaq istəyən Böyük Britaniya və Rusiya yerli milli və dini azlıqlar, əsasən də ermənilər arasında millətçi hissləri necə təşviq etdiyini göstərir. O, həmçinin ermənilər arasında katolisizmi və protestantlığı yayan missionerlərin fəaliyyətini də işıqlandırır. Bununla yanaşı, o, şahidlərin ifadələri əsasında 1915-ci il hadisələri zamanı həlak olanların sayının erməni mənbələrində düzgün verilmədiyini, bu rəqəmin müharibəyə qədər Osmanlı imperiyasında yaşayan ermənilərin, hətta Birinci Dünya müharibəsi ərəfəsində bu əraziləri tərk edən məcburi köçkünlərin sayı ilə uyğun gəlmədiyini göstərir.
Vimsin erməni kilsəsini sevməməsini inanclı protestantın mütəşəkkilləşmiş dini təşkilatı sevməməsi kimi qeyd etmək lazımdır. Birinci fəsli o bu sözlərlərlə başlayır: “Ermənistan – kilsə və dövlətin əlbir olduğu halda meydana çıxan şərin bariz nümunəsidir.” O, erməni kilsəsini millətçi pozisiyasına görə, hökümətin təzyiq maşınını öz maraqları naminə istifadə etdiyinə görə təndiq edir və belə bir təşkilatın, ümumiyyətlə, xristian təşkilatı hesab edilməsinə şübhə ilə yanaşır.
Vimsin kitabı həm böyük faktlar toplusu, həm də müəllifin tədqiq olunan mövzuya orijinal yanaşması ilə maraqlıdır.
О книге Сэмюеля Уимса
Книга Сэмюеля Уимса «Армения: секреты «христианского» террористического государства» интересна по двум причинам.
Первая – намерение автора. Сэмюель Уимс – верующий христианин, прихожанин баптистской церкви, американский налогоплательщик (именно в таком порядке он себя определяет). Цель, с которой он берется за эту тему, чисто патриотическая. Книгу Уимс написал в 2002 году, вскоре после событий 11 сентября, и в предисловии он прямо пишет о том, что его беспокоит враждебность мусульманского мира по отношению к США и к Западу в целом. Причину этой враждебности он справедливо видит в страданиях, которые испытали мусульманские народы в результате агрессивных действий Запада в прошлом, и в одном ряду с прочими актами агрессии он ставит политику Армении по отношению к своим мусульманским соседям. Таким образом, обращаясь к теме армянского терроризма, Уимс стремится раскрыть американцам глаза на то, как Армения своими действиями настраивает живущие рядом с ней мусульманские народы против Запада и христианства. Уимс прагматичен, и в предисловии указывает на стратегическую важность для США союза с Турцией и Азербайджаном в борьбе с терроризмом, и обвиняет армянскую диаспору США в том, что она вредит интересам страны, срывая этот союз.
Второе – историческое чутье автора. Уимс строит свой текст на основе большого количества свидетельств очевидцев. В основном он использует письменные источники, оставленные нейтральными, сторонними наблюдателями – английскими, американскими и русскими военными и дипломатами. Он избегает трактовок этих сообщений третьими лицами, предпочитая давать им говорить за себя.
Уимс анализирует возникновение «армянского вопроса» с точки зрения интересов великих держав в Османской империи. Он показывает, как Великобритания и Россия, стремясь расчленить Османскую империю, поощряли националистические настроения среди национальных и религиозных меньшинств, в частности среди армян. Он освещает также деятельность миссионеров, распространявших среди армян католицизм и протестантизм. Он также на основе свидетельств очевидцев показывает, как не сходятся цифры погибших в результате событий 1915 года, озвучиваемые армянскими источниками, с реальными цифрами не только довоенной численности армянского населения Османской империи, но и с численностью вынужденных переселенцев, покинувших эти территории в годы Первой мировой войны.
Следует отметить неприязнь Уимса к армянской церкви, настоящую неприязнь убежденного протестанта к организованной религиозной организации. Первую главу он открывает словами: «Армения представляет собой пример того зла, которое возникает, когда церковь и государство действуют заодно». Он критикует армянскую церковь за ее националистическую позицию, за использование государственной машины подавления в своих интересах, и задает вопрос, можно ли считать такую организацию вообще христианской.
Книга Уимса интересна как большим набором фактов, так и оригинальным подходом автора к изучаемой теме.